Ajans.az-ın əldə etdiyi məlumata görə, İqtisadiyyat Nazirinin müavini, SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayev çalışdığı iş kabinetindən narazı imiş. Yaxınları ilə söhbətində hazırki iş kabinetinin genişliyinin zamanında köməkçisinin kabinetinin ölçüsündən də kiçik olmasından danışıb təəssüf edirmiş. Hazırki kabinetin kvadrat metri keçmiş iş otağı ilə müqayisədə çox kiçik imiş. Necə deyərlər bu kabinetdə adamın lap ürəyi sıxılırmış. Rövnəq müəllimin ürəyini sıxan bir vaxtlar geniş kabinetdə verdiyi qərarlar və rahat biznes qurma imkanlarının yoxa çıxması da ola bilər.
İndi Rövnəq Abdullayevin məmur olduğu dövrə nəzərən təsir dairəsinin ölçüsü kiçilib. Yəni Abdullaevin məmur olaraq bu formatda fəaliyyəti məhdudlaşıb. Amma zamanında məmur kreslosu və təsir mexanizmləri hesabına topladığı sərvəti və biznes imkanları ilə bağlı bunu demək olmaz. Biznes dairəsi genişlənib, gəlirlər də artıb. Necə deyərlər pul yalnız pul gətirir. Belə demək mümkünsə Rövnəq müəllimin sözünü “balta” kəsmir. Ümumiyyətlə bir çox dairələrdə görünməməyə üstünlük verən Rövnəq Abdullayevin ölkə daxili və xaricdə olan biznesi öz axarındadır. Bu axarda üzən gəmiləri isə Abdullayevin yaxın ətrafı və doğma qohumları idarə edir.
Zaman-zaman mətbuatda Rövnəq Abdullayevə və onun doğmalarına, komandasına məxsus olan biznes strukturları barədə məlumatlar verilib. Bəs Rövnəq Abdullayev geniş biznes imperiyasına necə sahib ola bilib? Bütün bunlar hansı imkan və şəraitin hesabına reallaşıb. SOCAR prezidenti olduğu zaman aldğı əmək haqqı, yoxsa..... Bu əmək haqqı Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin 2 milyon manatdan artıq qiyməti olan saat taxmasına necə rəvac verə bilərdi? Düzdür onun “fərasəti” dünyada az sayda istehal olunan saatın oğurlanması ilə nəticələnmişdi. Hətta Rövnəq Abdullayev saatın oğurlanması ilə bağlı oğlunun İspaniya polisinə rəsmi şikayət etməsinə də hiddətlənmişdi. Şikayət olmasa idi heç kim Rəşad Abdullayevin 2 milyon manatdan baha qol saatına sahib olmasından xəbər tutmaya bilərdi. Rövnəq Abdullayev bu saatı hansısa elmi məqalədən, yaxud da dünyanı mat qoya biləcək ixtirasından əldə etdiyi qonorar hesabına alıb oğluna verməmişdi. Bəs o bunu necə edə bilmişdi?......
AFFA-nın sabq prezidenti olan Rövnəq Abdulayev bir zanan oğlu Rəşad Abdullayev üçün futbol klubunu belə himayədarlığa götürmüşdü. Bir müddət sonra bu kluba qardaşı oğlu Tamerlan Abdullayev rəhbərlik etdi və daha sonra bütün dəstək kəsildi. 
AFFA-nın hesabat seçki konfransında Rövnəq Abdullayev “Kral öldü, yaşasın yeni kral” fikri ilə gündəmə gəlmişdi. Əslində Rövnəq müəllimin bu fikrini qəribçiliyə salmaq lazım deyildi. Rövnəq müəllim bəlkə də bilməyərəkdən öz həyat tərzini dilə gətirmişdi. Lüks həyat, möhtəşəm biznes imkanları, maliyyə gücü ona özünü Kral kimi hiss etməyə imkan verir. Buna böyük pulların verdiyi rahatlıq da demək olar.