AZ

İran 12 günlük müharibəyə görə kompensasiya tələb etdi

ABŞ İrana son 12 günlük müharibə zamanı verdiyi itkilərin qarşılığını ödəməlidir.

"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Financial Times" qəzetinə müsahibəsində deyib. 

Onun sözlərinə görə, ABŞ danışıqları bərpa etməyi təklif edib: "Amma onlardan real etimad yaradan addımlara ehtiyacımız var. Bu addımlar həm maliyyə təzminatı, həm də danışıqlar zamanı İrana heç bir hücumun olmayacağına dair təminat daxil olmalıdır".

Xatırladaq ki, iyunun 22-də ABŞ Hərbi Hava Qüvvələri İranda üç nüvə obyektinə zərbələr endirib: Fordo, Natanz və İsfahan. Bu yaxınlarda ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İran nüvə obyektlərini bərpa etməyə çalışarsa, ABŞ onlara növbəti zərbəni endirməyə hazırdır.

Ağarza Elçinoğlu 

Seçilən
50
50
unikal.az

10Mənbələr