Hindistanın Mumbay meqapolisindəki hərəkətli yollardan birinin ortasında böyük tıxac yaranıb. Şahidlər “cinayətkarı” videoya çəkmək qərarına gəldikdə, gözlərinə inana bilməyiblər. Belə ki, hərəkətin dayanmasına səbəb olan qırmızı avtomobili husky idarə edib.
Sfera.az bildirir ki, instaqramda yayımlanan videodan da göründüyü kimi, itin avtomobili yolun hərəkət hissəsində qoyan sürücünün oturacağına əyləşdiyi ehtimal edilir.
Hadisənin videosu qısa zamanda 300.000-dən çox baxış toplayıb. Mumbayın əsas məşhur yerlərindən biri olan Lokhandwala əsas bazarında baş verən hadisəni yerli sakinlər lentə alıblar.
Qırmızı avtomobil düz yolun kənarında dayanaraq tıxac yaradıb. Yoldan keçənlər içəri baxanda sürücünün oturacağında sakitcə oturan huski görüblər.
Görüntülərdə avtomobilin yolu bağladığı, arxasında başqa maşınların dayandığı görünür. Videoda avtomobilin dövlət nömrə nişanı bulanıq olduğu üçün sahibinin kimliyini müəyyən etmək mümkün olmayıb.