AZ

Qərbi Azərbaycana qayıdış: "Bu hüquqdan məhrum edilə bilməzlər"

"Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışı həm tarixi ədalətin bərpası, həm də beynəlxalq hüquqa əsaslanan proses kimi qiymətləndirilməlidir". 

Bu sözləri politoloq Elçin Abdullayev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, Qərbi Azərbaycan indiki Ermənistan ərazisidir:

"Həmin ərazilər uzun əsrlər boyu məhz azərbaycanlıların məskunlaşdığı və yaşayıb-yaratdığı yerlər olub. Lakin 20-ci əsrin müxtəlif dövrlərində, xüsusən də 1918-20, 1948-53 və 1987-91-ci illərdə baş verən deportasiyalar nəticəsində yüzminlərlə azərbaycanlı öz ata-baba yurdlarından zorla köçürüldülər. Beləliklə, ermənilər öz havadarlarının sayəsində Qərbi Azərbaycan torpağını tam olaraq Azərbaycansız qoydular". 

Lakin ekspert qeyd edib ki, artıq dünya dəyişib:

"Bir çox məsələlər kimi Qərbi Azərbaycan məsələsi də öz həllini tapmalı və oradan zorla köçürülmüş soydaşlarımız öz doğma dədə-baba yurdlarına qayıtmalıdır. Bu istiqamətdə Azərbaycan dövləti və Qərb Azərbaycan İcmasının son illər çox böyük işlər gördüyü də danılmazdır. 

Təbii ki, məqsəd Qərb azərbaycanlıların qayıdışını sülh yolu ilə və siyasi hüquqi vasitələrlə təmin etməklər ibarətdir. Bizə görə bu, bir münaqişə deyil. İnsanların doğma torpaqlarına qayıtması hüququnun tanınması məsələsidir".

Elçin Abdullayev vurğulayıb ki,  2022-ci ildə yaradılmış Qərb Azərbaycan İcması təşkilatlanaraq bu qayıdışın hüququ əsaslarla aparılması üçün fəaliyyət göstərir:

379045

"İcma beynəlxalq hüquqa söykənərək dünyanın nüfuzlu qurumlarına müraciətlər edir, sənədlər hazırlayır və ictimai şüurun formalaşmasına töhfə verir. Eyni zamanda, Qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpası istiqamətində adımlar atır. 

Bundan başqa, qayıdış hüququ BMT-nin İnsan Hüquqları Bəyannaməsi, Avropa İnsan Hüquqları Konvensiyası və digər sənədlərlə də qorunur. Heç bir xalq doğma yurduna qayıtmaq hüququndan məhrum edilə bilməz". 

Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, Azərbaycan dövləti, cəmiyyəti və Qərbi Azərbaycan icması bu məsələyə məhz tarixi ədalətin və soydaşlarımızın hüquqlarının bərpası prizmasından yanaşır:

"Xüsusən də cəmiyyətin geniş təbəqələri də bu prosesi dəstəkləyir və başladılan müqəddəs işin sühlə həyata keçirilməsini və sonra çatdırılmasını arzulayır. Qərbi azərbaycanlıların dədə-baba yurdlarına qayıdışı sadəcə bir köç prosesi deyil. 

Bu, xalqın öz yaddaşına, hüququna və tarixi kimliyinə qayıdışıdır. Bu qayıdışın mütləq baş verəcəyinə inanıram. Bu, məhz ağıllı diplomatiyaya, milli həmrəylik və beynəlxalq hüquqa əsaslanaraq baş verəcək".

Pərviz

Seçilən
19
hit.az

1Mənbələr