İspaniyanın “Selta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, La Liqa təmsilçisi “Bavariya”dan Brayan Saraqosanı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı cinah oyunçusu 2025/26 mövsümünü La Liqada keçirəcək.
Saraqosa ötən mövsümdə “Osasuna”da icarədə olub. O, 27 oyunda 1 qol vurub, 6 məhsuldar ötürmə edib.