“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”u (İrlandiya) məğlub etməsi Azərbaycanın UEFA reytinqindəki xallarını artırıb.
Msport.az xəbər verir ki, qələbə sayəsində ölkənin aktivinə 0,250 xal yazılıb.
Azərbaycan xallarını 18,375-ə yüksəldib və bir pillə irəliləyib. Komandaları avrokuboklardan kənarda qalan Rusiya 18,299 xalla 29-cu pilləyə geriləyib. Reytinqdə Azərbaycandan bir pillə öndə olan Ukraynanın 18,725 xalı var.
Ümumi siyahıya 90,839 xalla İngiltərə başçılıq edir.