AZ

Himalayda ölən olimpiya çempionunun cəsədi evakuasiya olunmayacaq: Səbəb nədir?  

Pakistanda Karakoram dağlarına qalxarkən faciəvi şəkildə həlak olan ikiqat olimpiya çempionu və biatlon üzrə yeddiqat dünya çempionu Laura Dalmayerin cənazəsi təxliyə olunmayacaq. Bu, xilasedicilər üçün yüksək risklə bağlıdır - qeyri-sabit vəziyyət, pisləşən hava və qayaların uçması ilə əlaqədar...

Poliqon xəbər verir ki, bu barədə Welt yazır.

"Bu, Laura Dalmayerin iradəsinin açıq şəkildə ifadə edilmiş və sənədləşdirilmiş ifadəsi idi - belə olan halda onun xilas edilməsi və ya cəsədin evakuasiyası üçün heç kim həyatını riskə atmamalıdır. O, qalıqlarının dağlarda qalmasını istəyirdi. Onun son seçiminə hörmətlə yanaşmağı xahiş edən qohumları da bunu istəyir", deyə onun nümayəndələri bildiriblər.

Qeyd edək ki, Dalmayer Pakistanın Karakoram silsiləsindəki Laila zirvəsinə (6069 metr) qalxma zamanı 5700 m hündürlükdə qaya uçması nəticəsində həlak olub.

Poliqon.info

Seçilən
42
poliqon.info

1Mənbələr