AZ

İran danışıqlara yenidən başlamaq üçün ABŞ-dan təzminat tələb edir

ABŞ-la danışıqlardan əvvəl, Vaşinqton İrana hücumlarda dəymiş ziyanla bağlı təzminat ödəməlidir.

APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Financial Times”-a müsahibəsində deyib.

“Onlar bizə izah etməlidirlər ki, danışıqların ortasında bizə hücum etməklərinin səbəbi nədir. Onlar gələcək danışıqlarda bunu təkrar etməyəcəkləri ilə bağlı bizə qarantiya verməlidirlər”-İran XİN rəhbəri vurğulayıb.

Qeyd edək ki, 12 günlük İran-İsrail müharibəsi zamanı ABŞ İranın nüvə obyektlərinə aviazərbələr endirib.

İran tərəfi zərbələrin ciddi ziyana yol açdığını etiraf edib

Seçilən
23
10
apa.az

10Mənbələr