ABŞ prezidenti Donald Tramp Cənubi Koreya ilə ticarət sazişi imzaladığını açıqlayıb.
Editor.az xəbər verir ki, Tramp razılaşma ilə bağlı sosial media platforması olan Truth Social-da paylaşım edib.
Müqavilənin imzalanmasından sonra Cənubi Koreyadan gələn mallar ABŞ-da 15% rüsumla üzləşəcək. İyulun 7-də elan edilən 25%-dən 15%-ə endirilən tariflər müqabilində Cənubi Koreya ABŞ iqtisadiyyatına 350 milyard dollar investisiya yatıracaq və ABŞ-dan 100 milyard dollar dəyərində enerji məhsulları alacaq.
Tramp yaxın iki həftə ərzində Cənubi Koreya prezidenti Li Jae-Myunqla görüşmək üçün Seula gedəcək və burada iki tərəf razılaşmanın yekun şərtlərini razılaşdıracaq.
Cənubi Koreya prezidenti vəzifəsini icra edən Han Deok Su aprel ayında bəyan etmişdi ki, Cənubi Koreya ABŞ-a olan borcuna görə Trampın tariflərinə müqavimət göstərə bilməyəcək. Deok-sunun sözlərinə görə, Cənubi Koreyanın sənaye gücü, maliyyə inkişafı, mədəniyyəti, iqtisadi inkişafı və rifahı əsasən ABŞ yardımından asılıdır.
//Gülnarə Abasova, Editor.az