AZ

Badamdarda düzgün parklanma etməyən sürücülər hərəkəti çətinləşdirir: "6 ildir vəziyyət belədir" - FOTO

Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində dayanma-durma qaydasını pozan sürücülər hərəkətə mane olurlar. Bu barədə oxuculardan biri redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. O bildirir ki, sözügedən problem Tofiq Məmmədov küçəsində (236 saylı orta məktəbin yaxınlığında) yaşanır: "Dayanma-durma qaydasını pozan sürücülər yolda hərəkəti çətinləşdirirlər. Yolboyu avtomobillər düzgün şəkildə park edilmədiyi üçün digər sürücülər əziyyət çəkirlər" - deyə oxucu bildirib. O qeyd edir ki, 6 ildən çoxdur həmin küçədə hər gün eyni hal yaşanır. Ərazidə təhlükəsiz şəhər kamerasının olmasına baxmayaraq sürücülər intizamsızlıq edirlər.

 

Fərid

Seçilən
25
avtosfer.az

1Mənbələr