Bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşləri keçiriləcək.
Sportal.az xəbər verir ki, "Sabah" "Petrokub"la qarşılaşacaq.
İlk görüşdə rəqibinə 2:0 qalib gələn Azərbaycan kubokunun sahibi bu dəfə moldovalıları Bakıda qəbul edəcək.
Bu cütün qalibi Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) görüşünün məğlubu ilə üz-üzə gələcək.
20:00. “Sabah”(Azərbaycan) - “Petrokub” (Moldova)
Baş hakim Danilo Nikoliç (Serbiya)
Ilk oyun - 2:0
Masazır. "Bank Respublika Arena"
saytlarin hazirlanmasi