“ABŞ nüvə danışıqlarına başlamazdan öncə İrana maliyyə təzminatı ödəməli və gələcəkdə yenidən hücum etməyəcəyinə dair zəmanət verməlidir”.
Missiya.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı “Financial Times” qəzetinə müsahibəsində deyib.
“Danışıqların ortasında bizə hücum etdilər. Bizə real inam yaratma addımları, təzminat və təhlükəsizlik zəmanətləri lazımdır”, - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın İrandan sıfır zənginləşdirmə tələbi ilə çıxış etdiyi müddətdə heç bir razılaşma mümkün deyil.
İranın hazırda Avropa ölkələri ilə danışıqlar aparmağa ehtiyac görmədiyini söyləyən Əraqçı deyib:
“Onlar sanksiyaları nə qaldıra bilir, nə də bu yöndə təsir imkanları var. Sanksiyalar bərpa edilərsə, deməli, artıq başqa yol yoxdur”, - deyə siyasətçi əlavə edib.
Daşqın HəsənovMissiya.Az