AZ

“OpenAI”nin illik gəliri 12 milyard dollara çatdı

Süni intellekt texnologiyaları üzrə ixtisaslaşan və "ChatGPT" platformasının yaradıcısı olan "OpenAI" 2025-ci ilin ilk yeddi ayı ərzində gəlirlərini iki dəfəyə yaxın artıraraq illik 12 milyard dollarlıq gəlir səviyyəsinə çatıb.

Valyuta.az xarici sayta əsasən xəbər verir ki, bu göstərici şirkətin hər ay təxminən 1 milyard dollar gəlir əldə etdiyini göstərir. "ChatGPT" məhsullarından həm fərdi istifadəçilər, həm də korporativ müştərilər faydalanır və platformanın həftəlik aktiv istifadəçi sayı təxminən 700 milyondur.

“Microsoft”un dəstəklədiyi "OpenAI" şirkətinin xərclərinin də artdığı bildirilir. Belə ki, 2025-ci il üçün xərclər təxminən 8 milyard dollara çatacaq, bu da ilin əvvəlindəki proqnozdan 1 milyard dollar artıqdır.

Məlumata görə, "OpenAI" maliyyələşdirmə prosesinin ikinci mərhələsi çərçivəsində 30 milyard dollarlıq yeni sərmayə cəlb etməyi planlaşdırır. Bu mərhələdə "Sequoia Capital" və "Tiger Global Management" kimi mövcud səhmdarlar yüz milyonlarla dollar həcmində sərmayə qoyur.

Yaponiyanın "SoftBank" şirkəti istisna olmaqla digər investorlar artıq bu mərhələ üçün 7,5 milyard dollarlıq öhdəlikləri yekunlaşdırmaq üzrədirlər. "SoftBank"ın "OpenAI"yə ümumi sərmayəsi 2024-cü ilin payızında başlayan əməkdaşlıqdan bu yana 32 milyard dollara çatıb.

Sərvanə Rəmixanova

Seçilən
24
valyuta.az

1Mənbələr