
Daha 51 fələstinli İsrail ordusunun hücumu zamanı həyatını itirib.
Reyting.az-ın xarici KİV-lərə istinadla verdiyi məlumata görə, dünən Sudaniya bölgəsində çoxsaylı insan həlak olub.
Bildirilir ki, Zikim bölgəsindən gələn yük maşınlarından un və humanitar yardım götürməyə gedən fələstinlilər Sudaniya bölgəsində hədəfə alınıb.
Hücum cəmi üç saat ərzində 51 nəfərin ölümü və 648 nəfərin yaralanması ilə nəticələnib.
Dünən Qəzzaya cəmi 112 yük maşını humanitar yardımın daxil olduğu və bunların əksəriyyətinin İsrailin qəsdən və sistemli şəkildə yaratdığı xaosda talan edildiyi vurğulanıb.
Dörd Misir hərbi yük təyyarəsi Qəzza zolağının qurudan əlçatmaz bölgələrinə humanitar yardım aparıb. Ölkələr, BMT və insan haqları təşkilatları Qəzzada aclığın miqyası üçün havadan göndərilən yardımın yetərli olmadığını və yerüstü yardım üçün keçidə icazə verilməli olduğunu bildirirlər.
ELÇİN