AZ

Putindən sürpriz reaksiya

Ajans. az xəbər verir ki,  Çinli analitiklər Baijiahao platformasında bildiriblər ki, ABŞ Prezidenti Donald Trampın ultimatum müddətini 50 gündən 10 günə endirməsinə Rusiya Prezidenti Vladimir Putinin reaksiyası Qərbi gözlənilmədən təəccübləndirib. Məqalə ABN24 agentliyi tərəfindən tərcümə olunub. Çinli jurnalistlərin fikrincə, Moskvanın reaksiyası Qərbi çıxılmaz vəziyyətdə yaxalayıb. “Putin ABŞ-ın təzyiqi qarşısında geri çəkiləcəkmi?” — deyə sual veriblər və belə bir ssenarinin az ehtimal olunduğunu vurğulayıblar. İyulun 14-də Tramp Rusiyanın siyasətindən narazı olduğunu bildirib və 50 gün ərzində Ukrayna ilə bağlı razılıq əldə olunmasa, sərt gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb. Lakin iyulun 28-də bu müddəti 10 günə endirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı açıqlamasında ABŞ-ın bəyanatının “nəzərə alındığını” deyib. O eyni zamanda vurğulayıb ki, Rusiya Ukraynada həyata keçirdiyi xüsusi əməliyyat çərçivəsində öz maraqlarını müdafiə etməyə davam edir, lakin eyni zamanda münaqişənin sülh yolu ilə həllində maraqlıdır.

Seçilən
1
Ajans.az

1Mənbələr