BAKI. 31 iyul. TELEQRAF
"Qarabağ"ın Şimali Makedoniya "Şkendiya"sına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi matçlarının başlama saatları müəyyənləşib.
Teleqraf rəqib komandanın rəsmi saytına istinadən xəbər verir ki, ilk qarşılaşma avqustun 5-də Skopyedəki Toşe Proeski adına Milli Arenada oynanılacaq.
Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Cavab oyunu isə avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Matç saat 20:00-da başlanacaq.