AZ

"Birinci oyunun nəticəsini yaddan çıxarmışıq" - "Araz-Naxçıvan"ın futbolçusu

"Araz-Naxçıvan"ın futbolçusu Bruno Franko Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunlarında “Aris”ə qarşı keçirəcəkləri matç haqda danışıb.

"Football-plus.az" xəbər verir ki, o, görüşdən öncə keçirilən mətbuat konfransında deyib:
"Birinci oyunun nəticəsini yaddan çıxarmışıq. Bizim üçün oyunun vacib hissəsi cavab matçıdı. Meydana çıxarkən hesabın 0:0 olduğunu düşünəcəyik. Yəni ilk oyuna necə çıxmışdıqsa, bu dəfə də o şəkildə meydana ayaq basacağıq. Birinci oyunda yaxşı şanslarımız oldu. Artıq bunlar keçmişdə qaldı. Birinci oyunda nə etmisənsə, qaldı arxada. İndi bu görüşə diqqət ayırmalıyıq".

Müdafiəçi səfərdə keçiriləcək oyunda mümkün azarkeş təzyiqindən də söz açıb:
"Bilirik ki, stadionda anşlaq olacaq. Bu cür oyunlarda iştirak etmişəm. Yaxşı olardı ki, bizim fanatlar da stadionda yer alsın. Ancaq bunlar oyuna köklənməyimizə təsir etməyəcək".

Xatırladaq ki, bu gün keçiriləcək oyun Bakı vaxtı ilə saat 22.15-də başlayacaq. Komandalar arasında ilk matçda "Araz-Naxçıvan" rəqibini 2:1 hesabı ilə məğlub edib.
Seçilən
34
2
football-plus.az

3Mənbələr