AZ

Rusiyanın Kiyevə raket zərbələri nəticəsində bir nəfər ölüb, onlarla yaralı var

Rusiyanın Kiyevə endirdiyi raket zərbələri nəticəsində 43 nəfər yaralanıb, bir nəfər həlak olub.

"Report"un Ukrayna mətbuatına istinadən məlumatına görə, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.

Qeyd olunur ki, zərbələrin nəticələri bir neçə rayonda müşahidə olunur, evlər zədələnib.

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 26 nəfər paytaxtın tibb müəssisələrinə yerləşdirilib, həlak olan qadının meyidi dağıntılar altından çıxarılıb.

Qurumdan bildirilib ki, yaralananlar arasında çağırışa gedən üç polis əməkdaşı da var.

"Raketlərdən biri yaşayış binasına düşüb. Binanın bir girişi tamamilə dağıdılıb", - məlumatda deyilir.
Seçilən
29
6
7news.az

7Mənbələr