AZ

Rusiyadan Trampa cavab: Təhdidlərə son qoymaq lazımdır!

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, ABŞ Prezidenti Donald Trampın Ukraynada atəşkəs üçün Rusiyaya verdiyi “50 günlük” müddəti qısaldacağı ilə bağlı açıqlamasını təhdid kimi qiymətləndirib.

Turkustan.az xəbər verir ki, Zaxarova Moskvada keçirdiyi həftəlik mətbuat konfransında cari mövzularla bağlı açıqlamalar verib.

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ilə bağlı razılıq əldə etmək üçün verdiyi "50 günlük" müddəti "10 və ya 12 günə" endirəcəyi ilə bağlı açıqlamasına münasibət bildirən Zaxarova deyib: “Heç bir təhdid münasibətlərin yaxşılaşması prosesinə müsbət təsir göstərə bilməz. Bu, təbiət qanunudur. Əgər ölkələr arasında münasibətlər inkişaf etməlidirsə, təhdidlərə son qoyulmalıdır”.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
6
turkustan.az

1Mənbələr