"Namizədliyimi irəli sürməyi planlaşdırıram".
Yenisabah.az kommersant-a istinadla xəbər verir ki, bunu Sverdlovsk vilayəti azərbaycanlılarının Mədəniyyət, Gənclər və İdman Mərkəzinin rəhbəri Vidadi Mustafayev bildirib.
Onun sözlərinə görə, çox güman ki, Azərbaycan diasporunun yeni rəhbərinin seçiləcəyi iclas keçiriləcək. pizza hut
"Şahin ŞIxlinskinn "Azərbaycan-Ural" təşkilatı hakimiyyətə öz işini göstərmək üçün qurama təşkilatdır", - deyə Mustafayev vurğulayıb.
Xatırladaq ki, Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində federal axtarış elan edilməsi ilə bağlı məlumatlar var. Lakin mılumatda onun Cinayət Məcəlləsinin hansı maddəsi ilə ittiham olunduğu göstərilməyib.
“Kommersant-Ural” mənbəsinin sözlərinə görə, diaspor rəhbəri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmək) və 105-ci maddəsinin 2-ci hissəsi (qəsdən adam öldürmə) ilə axtarışa verilə bilər.
İstintaqın vəziyyəti ilə tanış olan “Kommersant-Ural” mənbəsinin sözlərinə görə, Şahin Şıxlinski indi Azərbaycanın Moskvadakı diplomatik nümayəndəliyindəki qonaq evində qalır.
Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə işin başlanmasına səbəb iyulun əvvəlində xüsusi təyinatlıların Şahin Şıxlinskini etnik qrupla bağlı iş üzrə şahid qismində dindirilmək üçün saxlaması ilə bağlı baş vermiş insident olub. Bu, Yekaterinburqda “Plaza Baku” ticarət mərkəzinin yaxınlığında (Sulimova küç. 21) baş verib.
Diaspor rəhbəri oğlu Mütvala Şıxlinskinin idarə etdiyi yolsuzluq avtomobilinin sərnişin oturacağında əyləşib. O, xüsusi təyinatlılardan uzaqlaşmağa çalışaraq onlardan birini vuraraq, sonradan məlum olduğu kimi, sağlamlığına ciddi ziyan vurub.
Yekaterinburqun Leninski Rayon Məhkəməsinin qərarı ilə kiçik Şıxlinski Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) ilə ittiham edilərək həbs edilib.
İyulun 30-da Sverdlovsk vilayət məhkəməsi Mutvalı Şıxlinskinin vəkilinin həbs-qətimkan tədbirinin yüngülləşdirilməsi ilə bağlı şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını dəyişməz saxlayıb.
O, təqsirini boynuna almayaraq təhlükəsizlik əməkdaşını “qəsdən vurmadığını” bildirib.
“Kommersant-Ural”ın mənbələri bildiriblər ki, Şahin Şıxlinski istintaq təcridxanasında olan oğlu ilə “etibarlı adamlar vasitəsilə” əlaqə saxlayır, lakin Şahin Şıxlinski həbs qətimkan tədbirinin seçilməsi üçün iyulun 16-da keçiriləcək məhkəmə iclasına gəlməyib.
Telegram kanalımız