Rusiya Silahlı Qüvvələrinin Kiyevə kütləvi hücumları nəticəsində azı 6 nəfər həlak olub.
Herbiand.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko sosial şəbəkələrdə məlumat yayıb.
"Hazırda 6 nəfərin həlak olduğu təsdiqlənib. Xilasetmə əməliyyatı davam edir".
Onun sözlərinə görə, dağıntıların təmizlənməsi üzrə iş aparılır.
Timur Tkaçenko qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin dronlar və ballistik raketlərlə zərbələri nəticəsində 27-dən çox məkanda dağıntılar olub. Onun sözlərinə görə, Kiyevin Solomenski, Svyatoşinski, Şevçenkovski və Qoloseevski rayonları daha çox zərər çəkib.