AZ

Dünya Cüdo Turu sentyabrda davam edəcək

Dünya Cüdo Turu sentyabrda davam edəcək.

İdman.biz xəbər verir ki, Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən “Böyük Dəbilqə” turnirindən sonra yüksək reytinqli yarışlar payızda yenidən start götürəcək.

Bu turnirlərdən birincisi sentyabrın 26-28-də Çində baş tutacaq Tsindao Qran-Prisi olacaq.

Cüdoçuları ümumilikdə iki “Böyük Dəbilqə” və dörd Qran-Pri turniri gözləyir. Onlar bu yarışlarda reytinq xalları qazanmaq imkanı əldə edəcəklər.

Mövsümün qalan əsas cüdo yarışlarının təqvimi:
26-28 sentyabr – Qran-Pri, Tsindao (Çin)
10-12 oktyabr – Qran-Pri, Lima (Peru)
17-19 oktyabr – Qran-Pri, Qvadalaxara (Meksika)
14-16 noyabr – Qran-Pri, Zaqreb (Xorvatiya)
27-29 noyabr – “Böyük Dəbilqə”, Abu Dabi (BƏƏ)
6-7 dekabr – “Böyük Dəbilqə”, Tokio (Yaponiya)

İdman.biz

Məqalədə:
Seçilən
3
idman.biz

1Mənbələr