İyulun 30-da güclü təkanlardan sonra Kamçatka sahillərində, Sakit okeanda yenidən 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 178 km şərqdə, ocağı isə 39,4 km dərinlikdə yerləşib.
Ötən gecə seysmoloqlar 200-dən çox yeraltı təkan qeydə alıblar.