AZ

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyərək Rusiyanı geridə qoyub

Bakı, 31 iyul, AZƏRTAC

“Qarabağ”ın ötən gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda İrlandiyanın “Şelburn” klubunu məğlub etməsi (1:0) Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir edib.

AZƏRTAC UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırda aktivində 18.375 xal olan ölkəmiz 1 pillə irəliləyərək 28-ci sıraya yüksəlib. Azərbaycan bu nəticə ilə Rusiyanı geridə qoyub.

Müəyyən səbəblərə görə UEFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılan Rusiya 18.299 xalla 29-cu pilləyə geriləyib.

Qeyd edək ki, UEFA reytinqinə 94.839 xalla İngiltərə başçılıq edir.

 

Seçilən
3
15
azertag.az

10Mənbələr