AZ

"Danışıqları davam etdirməyə hazırıq" - Rusiya XİN

Rusiya və Ukrayna arasında yüksək səviyyəli görüşlər ciddi şəkildə hazırlanmalıdır. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.

O, Moskvanın Kiyevlə dialoqu davam etdirməyə hazır olduğunu deyib: "Danışıqların üç raundu olub və biz onları davam etdirməyə hazırıq. Yüksək səviyyəli görüşlərə gəlincə, bu cür görüşlərə ciddi hazırlaşmaq lazımdır".

Qeyd edək ki, iyulun 23-də İstanbulda Rusiya və Ukrayna arasında birbaşa danışıqların üçüncü raundu keçirilib. Nümayəndə heyətlərinin görüşü 40 dəqiqəyə yaxın davam edib. Orada tərəflər daha bir hərbi əsir mübadiləsi haqqında razılığa gəliblər.

Moskva həmçinin Kiyevə siyasi, humanitar və hərbi məsələlərlə bağlı onlayn işləmək üçün üç qrup yaratmağı təklif edib. Kreml Ukrayna tərəfinin bu təklifə cavab vermədiyini bildirib.

Ağarza Elçinoğlu 

Seçilən
62
49
unikal.az

10Mənbələr