AZ

Dəhşətli hadisə - Onu diri-diri yandırdılar

ABŞ-nin Virciniya ştatının Danvil şəhərində şəhər şurasının üzvü Li Voqler yerli jurnal ofisində işlədiyi zaman hücuma məruz qalıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücum zamanı bir şəxs Voqlerin üzərinə yanan material tökərək onu yandırıb.

Polis rəsmilərinin verdiyi məlumata görə, Voqler ofisində olduğu zaman ofisinə daxil olan şəxs ilə mübahisə edib və mübahisə zamanı şübhəli Voqlerin üzərinə alışan maddə töküb. Polis, mübahisədən sonra şübhəlinin 38 yaşlı şəhər şurası üzvünü yandırdığını bildirib.

Hadisə ilə bağlı Voqlerin sağlamlıq vəziyyəti barədə heç bir məlumat verilməyib. Lakin, polis ilkin olaraq hücumun siyasi deyil, şəxsi səbəblərdən törədildiyini açıqlayıb.

Seçilən
8
manset.az

1Mənbələr