AZ

İran ABŞ-dən nüvə obyektlərinə endirilən zərbələrə görə kompensasiya tələb edir

Tehran danışıqlara başlamazdan əvvəl zərərin ödənilməsini və etimad tədbirlərini şərt qoyur...

Poliqon xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Financial Times qəzetinə verdiyi müsahibədə ABŞ-ın İrana məxsus nüvə obyektlərinə endirdiyi zərbələrə görə rəsmi Tehranın kompensasiya tələb etdiyini bildirib. O qeyd edib ki, 12 gün davam edən silahlı münaqişə dövründə və ondan sonra ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Uitkoffla bir neçə dəfə əlaqə saxlayıb və qarşı tərəf nüvə danışıqlarının bərpasını təklif edib.

Əraqçi bildirib ki, İran danışıqlara başlamazdan öncə ABŞ-ın bombardmanlar nəticəsində vurduğu ziyana görə kompensasiya ödəməsini və real etimad qurucu addımlar atmasını tələb edir. Onun sözlərinə görə, Tehran hələ də dialoqa açıqdır, lakin bunun üçün ilkin şərtlər mövcuddur.

“Onlar izah etməlidirlər ki, niyə bizə danışıqlar prosesinin ortasında hücum etdilər. Onlar təkrarının olmayacağına zəmanət verməlidirlər. Və artıq vurduqları ziyanı kompensasiya etməlidirlər... Danışıqlara gedən yol dar ola bilər, amma bağlı deyil. Mən öz rəhbərliyimi inandırmalıyam ki, əgər danışıqlara başlayırıqsa, qarşı tərəf doğrudan da qarşılıqlı faydalı razılaşma əldə etmək istəyindədir”, — deyə Əraqçi vurğulayıb.

Qeyd edək ki, son həftələrdə İranın bir sıra nüvə obyektlərinə naməlum mənşəli hava hücumları həyata keçirilib. ABŞ bu hücumların bir qisminə görə məsuliyyət daşıdığını dolayı yolla təsdiqləsə də, rəsmi Tehran məsələyə daha sərt reaksiya verərək, bu zərbələrin danışıqlar üçün şərait yaratmaq əvəzinə, prosesi çətinləşdirdiyini bəyan edib.

Poliqon.info

Seçilən
23
31
poliqon.info

10Mənbələr