AZ

Döyüş xoruzu kişinin ölümünə səbəb oldu

İndoneziyanın Denpasar şəhərində faciəvi hadisə baş verib.

"Unikal" xarici KİV-Ə istinadən xəbər ki, 50 yaşlı Nengah Sudana ənənəvi balili döyüş toyuqları mərasimini izləyərkən həyatını itirib. 

Məlumata görə, döyüşdən əvvəl toyuqların pəncələrinə iti metal bıçaqlar bağlanıb. Gözlənilmədən toyuqlardan biri nəzarətdən çıxaraq digərinə hücum edib. Lakin hədəfi düzgün tutmayaraq səhvən yaxınlıqda dayanan Sudananın qarnına dəyib.

Yaralanan şəxs dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, döyüş toyuqları mərasimləri Balidə hindu dini ayinlərinin bir hissəsi hesab olunur. Qan axıdılması mərasimdə məğlub olan toyuğun qurban verilməsi ilə müşayiət olunur və bu, pis ruhların qovulması üçün simvolik akt sayılır.

Seçilən
22
unikal.az

1Mənbələr