Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki "Maliyyə və Uçot Jurnalı Redaksiyası" MMC-nin ləğv olunduğu açıqlanıb.
Valyuta.az xəbər verir ki, şirkət bu barədə rəsmi bildiriş yayıb və kreditorlara iki ay ərzində tələblərini irəli sürmək hüququnun olduğunu bəyan edib.
Qeyd edək ki, “Maliyyə və Uçot Jurnalı Redaksiyası” 2005-ci ildə yaradılıb.
Nizamnamə kapitalı 13 931 manat olan MMC-yə Elbrus Cəfərov rəhbərlik edir.
Mayya Hüseynova