"Fənərbağça" klubu "Real Madrid"in futbolçusu Brahim Diasla maraqlanır.

Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" hücum xəttini ispaniyalı futbolçu ilə gücləndirmək istəyir.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Fənərbağça" daha öncə PSJ-dən Marko Asensio ilə razılığa gəlmişdi. İstanbul təmsilçisi daha yaxşısını transfer etmək üçün onu gözlədir.

B. Dias hazırda onların əsas hədəfidir.