“Financial Times” (FT) mənbələrə istinadən xəbər verir ki, Britaniyanın fintex startapı “Revolut” ABŞ-də fəaliyyət göstərmək üçün tez bir zamanda lisenziya əldə etmək məqsədilə bank almağı düşünür.
“FT” mənbələrinə görə, xidmət Yaxın Şərqdə bazara çıxmaq üçün eyni sxemi nəzərdən keçirir. “Revolut” məsələ ilə bağlı şərh verməkdən imtina edib.
2024-cü ilin avqustunda Revolut ikinci dərəcəli səhm satışında 45 milyard dollar dəyərində qiymətləndirilib və regionun ən dəyərli texnologiya şirkətlərindən biri kimi mövqeyini möhkəmləndirib.
Onlayn bank 2015-ci ildə yaradılıb və müxtəlif ölkələrdə 60 milyona yaxın müştərisi var. “Revolut” hazırda Aİ, Böyük Britaniya və Meksikada fəaliyyət göstərmək üçün lisenziyalara malikdir.