AZ

Dünya əmtəə bazarlarında neft ucuzlaşıb

Dünya əmtəə bazarlarında neft ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, 2025-ci ilin sentyabr ayı üzrə fyuçers müqavilələrinə əsasən neftin qiymətində eniş qeydə alınıb. Belə ki, WTI (Nymex) markalı neftin bir barreli 0,17 dollar və ya 0,24% azalaraq 69,83 dollar təşkil edib. Brent (ICE) markalı neftin qiyməti isə 0,24 dollar və ya 0,33% azalaraq 73,00 dollar olub.

Qiymət azalmasına səbəb kimi qlobal iqtisadi artımla bağlı gözləntilərin zəifləməsi və ABŞ-da kommersiya neft ehtiyatlarının artması fonunda tələbin zəifləyəcəyi ilə bağlı narahatlıqlar göstərilir.

Bundan əlavə, Çin iqtisadiyyatına dair zəif göstəricilər də bazarda mənfi təsir yaradıb.

Seçilən
30
4
apa.az

5Mənbələr