Rusiya Silahlı Qüvvələrinin Kiyevə qarşı kütləvi hücumu nəticəsində azı 6 nəfər həlak olub.
News24 az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko sosial şəbəkələrdə bildirib.
"Hazırda 6 nəfərin həlak olduğu təsdiqlənib. Xilasetmə əməliyyatı davam edir", - deyə o qeyd edib.
Onun sözlərinə görə, dağıntıların təmizlənməsi üzrə iş aparılır.
T.Tkaçenko qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin dronlar və ballistik raketlərlə zərbələri nəticəsində 27-dən çox məkanda dağıntılar olub. Onun sözlərinə görə, Kiyevin Solomenski, Svyatoşinski, Şevçenkovski və Qoloseevski rayonları daha çox zərər çəkib.