Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti bildirib ki, bir saatdan çox müddət ərzində Kamçatka sahillərində 11 zəlzələ baş verib.
Far.Az Tass-a istinadən xəbər verir ki, zəlzələlərin maqnitudası 4,2-5,5 bal təşkil edib.
Xatırladaq ki, iyulun 30-da səhər saatlarında Kamçatka sahillərində güclü zəlzələ baş verib. Bu, 1952-ci ildən bəri ən güclü belə hadisə olub. Səlahiyyətlilərə görə, onun maqnitudası 8,8-ə çatıb. Lakin Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi bunun 8,7 olduğunu bildirib. Bunun ardınca 5 bal gücündə silsilə təkanlar baş verib.
Regional Səhiyyə Nazirliyinin məlumatına görə, bir nəfər xəsarət alıb. Yaponiya, ABŞ və Filippindəki səlahiyyətlilər tərəfindən isə bildirilib ki, zəlzələ Sakit Okeanda sunamiyə səbəb olub.