Gündəlik 15 dəqiqəlik sürətli gəzinti erkən ölümü 20% azaldır.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Vanderbilt Universiteti və Viskonsin Universitetinin alimlərinin araşdırmasına görə, daimi gəzintilər, xüsusən də sürətli gəzintilər ürək-damar sisteminə, şəkərin normada qalmasına, həmçinin tənəffüs sisteminə yaxşı təsir edir.
Mütəxəssislər 79,8 mindən çox insanın məlumatlarını öyrəniblər. Onlar müəyyən ediblər ki, gündəlik sürətli gəzinti xroniki xəstəlikləri olan tədqiqat iştirakçılarında ölüm riskinin azalması halları ilə nəticələnib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta