AZ

Tramp administrasiyası İrana qarşı ən böyük sanksiyalar paketini tətbiq edib

ABŞ Prezidenti Donald Trampın administrasiyası İrana qarşı indiyədək ən böyük sanksiyalar paketini təqdim edib.

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi bildirib. 

Qeyd olunub ki, yeni sanksiyalar İranın ali liderinin müşaviri Əli Şamxaninin oğlu Məhəmməd Hüseyn Şamxani ilə əlaqəsi olan 50-dən çox fiziki və qurumu hədəf alır.

"Bu gün tətbiq edilən 115-dən çox sanksiya Tramp administrasiyasının İrana qarşı maksimum təzyiq kampaniyamıza başladıqdan bəri ən böyük sanksiyalardır. Bu tədbirlər, Tehran ABŞ-nin təhlükəsizliyini təhdid edərkən, mənfəət əldə edən rejim elitalarını hədəf alaraq Amerikanın maraqlarını birinci yerə qoyur", - deyə Maliyyə naziri Scott Bessent bildirib. 

Birləşmiş Ştatlar Xarici Aktivlərə Nəzarət Ofisinin bəyanatına əsasən, Şamxaninin oğlunu İran və Rusiyadan neft məhsulları və digər malları dünya üzrə alıcılara daşıdığı iddia edilən böyük tanker və konteyner gəmiləri donanması qurmaqda və idarə etməkdə ittiham edir. 

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
26
missiya.az

1Mənbələr