Bakı. Trend:
Prezident İlham Əliyev tərəfindən sosial sahəyə göstərilənxüsusi diqqət və qayğının nəticəsi olaraq, ölkəmizdə bütünsahələrdə davamlı tərəqqi prosesləri sosial nailiyyətlərlətamamlanıb və əhalinin sosial müdafiəsinin gücləndirilməsiistiqamətində mühüm addımların atılması təmin olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, xüsusilə də son illər aparılan ardıcı sosialislahatlar nəticəsində ölkəmizin sosial müdafiə sistemi daha dagüclənib, sosial ödənişlərin davamlı artımı təmin edilib, bu sahədəxidmətlər innovativ yanaşmalar, rəqəmsal həllərin tətbiqi ilətəkmilləşib:
"Əmək, məşğulluq, sosial müdafiə, reabilitasiya, əlilliyi olanşəxslərin peşə reabilitasiyası, sosial xidmət sahələrində aparılanislahatlar prosesində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinüfuzlu beynəlxalq təşkilatlarla (Birləşmiş Millətlər Təşkilatı,İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, BeynəlxalqPensiya və Sosial Fondlar Assosiasiyası, Avropa Sosial Şəbəkəsi,Dünya Bankı, Asiya İnkişaf Bankı, Ümumdünya Səhiyyə Təşkilatı, TürkDövlətləri Təşkilatı və b.), habelə qardaş Türkiyə, Özbəkistan,Qazaxstan, Gürcüstan, Tacikistan, Moldova, Macarıstan, Serbiya vəs. ölkələrin aidiyyəti qurumları ilə fəal əməkdaşlıq həyatakeçirir.
Məsələn, Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə sıx əməkdaşlıqşəraitində ötən dövrdə ölkəmiz bu Təşkilatın 60-a yaxınKonvensiyasını, habelə 10 fundamental Konvensiyasından 9-nuratifikasiya edib. Azərbaycanın MDB ölkələri arasında ən çox BƏT-instandartlarını qəbul etmiş ölkələrdən biridir. Həmin sənədlərdənirəli gələn prinsiplər milli qanunvericilikdə tətbiq olunub.Həmçinin ötən dövrdə BƏT-lə birgə Layiqli Əmək üzrə iki ÖlkəProqramı uğurla icra edilib".
Qeyd edilib ki, eyni zamanda, əməkdaşlığın mühüm tərkib hissəsiolaraq ardıcıl təcrübə mübadilələri aparılır, birgə layihələr icraolunur:
"Son illər ölkəmizdə sosial sahədə aparılan ardıcıl islahatlarçərçivəsində ölkədə müasir reabilitasiya sisteminin qurulması iləyanaşı, reabilitasiya xidmətləri spektrinin qabaqcıl beynəlxalqtəcrübədən irəli gələn yeni istiqamətlər üzrə xeyli genişlənməsitəmin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəkiDövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyininreabilitasiya mərkəzlərində ənənəvi üsullarla paralel olaraq,2018-2023-cü illərdə dünya təcrübəsinə uyğun olaraq robotikreabilitasiya, sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya,dance ability (rəqs terapiyası) və s. kimi reabilitasiyametodlarının da tətbiqinə başlanıb. Həmçinin stasionar və ambulatorxidmətlərlə yanaşı, son illərdə icma əsaslı, telereabilitasiya,səyyar formalarda da reabilitasiya xidmətlərinin göstərilməsi təminedilir".
"Həmçinin protez-ortopedik məmulatların hazırlanması,reabilitasiya vasitələri ilə təminat sahəsində qabaqcıl dünyatəcrübəsinin öyrənilməsi və tətbiqi diqqətdə saxlanır. Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DövlətTibbi-Sosial Ekspertiza və Reabilitasiya AgentliyininProtez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi ilə Almaniya,İslandiya, Danimarkanın əlilliyi olan şəxslərin daha rahat hərəkətimkanlarına malik olması üçün funksional protez-ortopedikməmulatların, o cümlədən son nəsil texnologiyaların hazırlandığışirkətləri ilə sıx əməkdaşlıq həyata keçirilir. Son illər Mərkəzdəbu əməkdaşlıq şəraitində layihələndirilməklə yeni yüksəktexnologiyalı protezlərin istehsalı sexi də qurulub.
Azərbaycan Ordusunun tarixi Zəfər qazandığı Vətən müharibəsindənsonrakı dövrdə dövlət başçısının göstərişi əsasında şəhid ailələriüzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçiriləngenişmiqyaslı sosial dəstək paketinin bir istiqaməti kimi, müharibəilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsilprotezlərlə təminatı da həyata keçirilir. Belə ki, Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi tərəfindən postmüharibə dövründəmüharibə ilə əlaqədar əlilliyi olan 2,3 min şəxs 76 minreabilitasiya vasitəsi verilib ki, onlardan 493 şəxs 611 ədədyüksək texnologiyalı müasir protezlə təmin olunub", - deyə məlumataəlavə edilib.
Vurğulanıb ki, son illər əlilliyi olan şəxslərin reabilitasiyavasitələri ilə təminatı sisteminin gücləndirilməsi istiqamətindəÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq çərçivəsindətədbirlər həyata keçirilib və ölkəmizdə əlilliyi olan şəxslərədövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrininnövlərinin siyahısındakı reabilitasiya vasitələri növlərinin sayıəhəmiyyətli dərəcədə artırılıb:
"Digər tərəfdən son illər qabaqcıl dünya təcrübəsindən dəistifadə olunmaqda, əlilliyi olan şəxsin əlilliyi olan şəxslərintibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosialbacarıqlarının inkişafı ilə əlaqədar kompleks tədbirləri əksetdirən Fərdi Reabilitasiya və Abilitasiya Proqramı hazırlanaraqtətbiq olunur.
Eyni zamanda, bir sıra ölkələrin aidiyyəti qurumları ilə əmək,məşğulluq, sosial müdafiə sahələrində təcrübə mübadilələriaparılır.
Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində sonillər aparılan uğurlu islahatların nailiyyətləri, o cümlədən DOSTmərkəzləri və dövlət sosial xidmətlərinin elektronlaşdırılması, ocümlədən e-sosial.az portalı və “Əmək və Məşğulluq” altsistemi kimimühüm rəqəmsal sosial layihələr beynəlxalq səviyyədə də yüksəkqiymətləndirilərək bir çox xüsusi mükafatlara layiq görülüb.Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətsahələrində aparılan islahatların uğurları təkcə 2025-ci ilin ilkyarımili ərzində 65 beynəlxalq mükafat və sertifikata layiqgörülüb".
"Azərbaycanın DOST təcrübəsi elə ilk vaxtlardan beynəlxalqtəşkilatları, digər ölkələrin sosial sahə üzrə qurumlarınındiqqətini cəlb edib. Birinci vitse-prezident Mehriban Əliyevanıntəşəbbüsü olan DOST mərkəzlərində sosial sahələr üzrə xidmətlər“bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdimolunur. Bu gün bir sıra ölkələrdə konkret fəaliyyət sahələri üzrə“bir pəncərə”dən xidmətlər göstərən qurumlar olsa da, sosial sahədəçox geniş, əhatəli bir spektrdə 160-dək xidmətin “bir pəncərə”dəngöstərılməsi yalnız DOST konsepsiyasına məxsus olan birnailiyyətdir.
Həmçinin, Azərbaycanın son illər aparılan islahatlar nəticəsindəsosial sahədə xidmətlərin avtomatlaşdırılması, proaktiv təyinatmexanizmlərinin qurulması təcrübəsi beynəlxalq səviyyədə maraqlaqarşılanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 159xidmətinin 145-dən çoxunu, yəni artıq 90 faizdən çox hissəsini,elektron platformada təqdim edir. Ona görə də hazırda bir sıraölkələr (Rumıniya, Moldova, Özbəkistan, Belarus və s.) DOSTtəcrübəsini, həmçinin ölkəmizin rəqəmsal sosial xidmətlərtəcrübələrini öyrənməyə, tətbiq etməyə maraq göstərir və bu sahədəonlarla fəal təcrübə mübadiləsi aparılır", - deyə Nazirlikdənbildirilib.