AZ

Matevosyan: Zəngəzur dəhlizinə nəzarət Türkiyəyə veriləcək

BAKI, 31 iyul. TELEQRAF

“Ermənistan hökuməti Zəngəzur dəhlizinə nəzarəti ABŞ və Türkiyəyə verməyi planlaşdırır”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.

“İrəvan (Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında) kommunikasiyaların dəhliz statusunda açılmasını istəyir. Bu çərçivədə yola nəzarətin ABŞ şirkətinə verilə biləcəyi müzakirə olunur. Əslində, nəzarətin bu ad altında Türkiyəyə verilməsi planlaşdırılır. Artıq Prezident Vaaqn Xaçaturyan sosial media və yerli telekanallarda bu kontekstdə təbliğata başlayıb. O, dəhlizin ABŞ-Türkiyəyə təhvil verilməsini təbliğ edir və bunu iqtisadi səmərə və ticarətlə bağlı bəyanatlarla ört-basdır edir”, - ekspert qeyd edib.

Xatırladaq ki, V.Xaçaturyan iyulun 29-da məsələ ilə bağlı açıqlama verib.

“Əgər biz Sünikin (Qərbi Zəngəzur) qapılarını aça bilsək, 43 kilometrlik (Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yerləşən) yolu nəzərdə tuturam, bu, gələcək inkişaf baxımından böyük imkanlar yaradacaq”, - Ermənistan prezidenti bildirib.

Seçilən
21
1
teleqraf.com

2Mənbələr