AZ

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

İyulun 30-da ABŞ fond bazarlarında əsasən eniş davam edib.

"APA-Economics" xəbər verir ki, Dow Jones sənaye indeksi 171,71 bənd və ya 0,38% azalaraq 44 461,28 bənd təşkil edib. S&P 500 indeksi 7,96 bənd və ya 0,12% geriləyərək 6 362,90 bənd səviyyəsində qərarlaşıb. NYSE Composite indeksi 130,68 bənd və ya 0,63% azalaraq 20 630,88 bəndə, S&P/TSX Composite indeksi isə 169,92 bənd və ya 0,62% enərək 27 369,96 bəndə düşüb. Yalnız Nasdaq Composite indeksi isə 31,38 bənd və ya 0,15% artaraq 21 129,67 bənd olub.

Avropa fond bazarlarında isə müsbət dinamika müşahidə olunub. Euro Stoxx 50 indeksi 13,88 bənd və ya 0,26% artaraq 5 393,18 bənd, FTSE 100 indeksi 0,62 bənd və ya 0,01% artımla 9 136,94 bənd, DAX indeksi 44,85 bənd və ya 0,19% artaraq 24 262,22 bənd təşkil edib. CAC 40 indeksi 4,60 bənd və ya 0,06% artaraq 7 861,96 bənd olub. IBEX 35 indeksi isə 32,90 bənd və ya 0,23% artaraq 14 880,60 bənd səviyyəsində qərarlaşıb.

Analitiklər ABŞ bazarlarında enişi investorların inflyasiya və faiz dərəcələri ilə bağlı ehtiyatlı gözləntiləri, xüsusilə də ABŞ Mərkəzi Bankının (FED) növbəti qərarı ərəfəsində artan qeyri-müəyyənliklə əlaqələndirirlər. Avropa bazarlarında isə mövcud iqtisadi göstəricilər və şirkətlərin maliyyə hesabatları fonunda nikbinlik müşahidə olunub.

Seçilən
14
1
apa.az

2Mənbələr