AZ

9 illik münasibətinə son qoyan Keti Perri keçmiş Baş Naziri ilə birlikdə görüntüləndi

Məşhur pop ulduzu Keti Perri ötən gecə Kanadanın baş naziri Castin Trüdo ilə rahat şam yeməyində görüntülənib. Orlando Bloom ilə 9 illik münasibətinə son qoyan Keti Perri keçmiş baş nazirlə yan-yana gəzərək, səmimi görüntülənib. 

 

Sfera.az bildirir ki, Kanadanın keçmiş baş naziri ilə romantik görüş “Yeni bir romantika yaranırmı?” sualını gündəmə gətirib.

 

"Firework", "Roar", "Dark Horse", "Teenage Dream" və "Wide Awake" kimi meqa-hitləri ilə musiqi hitlərində liderlik edən Keti Perri ifalarından tutmuş şəxsi həyatına qədər tez-tez diqqət mərkəzində olur.

 

2008-2010-cu illərdə "Hot n Cold" və "I Kissed a Girl" mahnıları ilə çıxış edən və son olaraq 2024-cü ildə çıxardığı "1432" albomu ilə musiqi dünyasını silkələyən Keti Perri nə edirsə etsin, səs-küy salan sənətçilərdəndir.

 

O, Ottava, Monreal və Toronto kimi şəhərlərdə 2025-ci il ərzində Kanada və ABŞ-ı əhatə edən “Lifetimes” Turunun bir hissəsi kimi çıxış edib O, ən son aprel ayında “Blue Origin”in kosmos missiyasında iştirak etdi və bu, dünya mediasının da diqqətini çəkib. 

 

Ardıcıl olaraq təkcə musiqisi ilə deyil, həm də eşq həyatı ilə gündəmə gələn Keti Perri, 2016-cı ildə Orlando Blumla bir məclisdə tanış olduqdan sonra onunla böyük romantikaya başlayıb.

 

2019-cu ildə nişanlanan cütlük 2020-ci ildə Deysi Dove adlı qız övladı sahibi olublar . Bununla belə, keçən iyun ayında cütlük təxminən doqquz illik münasibətlərinin və altı illik nişanının bitdiyini elan edib.

 

Cütlüyün ayrılmasına səbəb kimi Ketinin “Lifetimes” Turunun bir hissəsi kimi uzun qastrol səfərləri və Blumun beynəlxalq çəkilişlər üçün müxtəlif şəhərlərdə keçirdiyi vaxt göstərilib.

 

Ayrılıq xəbərindən sonra Perri və Blumun yaxınlaşdıqları tətil fotoları sosial mediada barışıq şayiələrinə səbəb olub.

 

3 iyul 2025-ci ildə hər iki tərəfin nümayəndələri ayrılığı bəyanatla təsdiqləyiblər:

 

"Orlando Blum və Keti Perri münasibətlərinə son zamanlarda artan maraq səbəbindən biz münasibətlərimizi yenidən müəyyənləşdirdik. Bizim prioritetimiz, həmişə olduğu kimi, qızımız Deysiyə sevgi, sabitlik və qarşılıqlı hörmət bəxş etmək olacaq."

 

İkili arasında dostluq münasibəti olsa da, Keti Perri Kanada turu zamanı Monrealda baş nazir Castin Trüdo ilə nahar edərkən görüntülənib.

 

Nahardan əvvəl hər ikisi Mount Royal Parkda birlikdə gəzərkən kameralara tuş gəlib. Şəxsi şam yeməyi zamanı kameraya düşən gözlənilməz görüş manşetlərə çevrilib

 

Cütlük Monrealın dəbdəbəli restoranı olan Le Violonda nahar edib. Daha sonra onlar restoranın mətbəxini gəzib, hər bir işçi ilə ayrı-ayrılıqda görüşüb təşəkkür ediblər. Cütlüyün mehriban davranışı diqqətləri üzərinə çəkərək, romantik söz-söhbətlərə səbəb olub. 

 

Rəsmi açıqlamanın olmaması söz-söhbətləri artırsa da, Perrinin Orlando Blumdan ayrılması və Trüdonun 2023-cü ildə Sofi Qrequar Trüdo ilə evliliyini bitirmək qərarı bu görüşün onların həyatlarında yeni bir fəslin başlanğıcı ola biləcəyi ilə bağlı fərziyyələri artırıb.

 

Aysel

Seçilən
14
sfera.az

1Mənbələr