AZ

ÇL: Bütün cütlər bəlli oldu

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin bütün cütləri bəlli olub.

Apasport.az xəbər verir ki, bu mərhələdə daha 10 oyun keçiriləcək.

Çempionluq Yolunda daha 6 cütdə qaliblər müəyyənləşəcək.

Liqa Yolunda isə öz ölkələrində yüksək yerlər tutan komandalar 4 cütdə yarışacaqlar.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi

Çempionluq Yolu

"Şkendiya" (Şimali Makedoniya) - “Qarabağ” (Azərbaycan)

"Malmö" (İsveç) - "Kopenhagen" (Danimarka)

"Kayrat" (Qazaxıstan) - "Slovan" (Sloveniya)

"Lex" (Polşa) - "Srvena Zvezda" (Serbiya)

"Dinamo" (Kiyev, Ukrayna) - "Pafos" (Kipr)

"Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan)

Liqa Yolu

"Zaltsburq" (Avstriya) - "Brügge" (Belçika)

"Reyncers" (Şotlandiya) - "Viktoriya Plzen" (Çexiya)

"Nitsa" (Fransa) - "Benfika" (Portuqaliya)

"Feyenord" (Niderland) - "Fənərbaxça" (Türkiyə)

Qeyd edək ki, mərhələnin ilk oyunları avqustun 5-6-da, cavab oyunları isə ayın 12-də keçiriləcək.

"Qarabağ" – "Şelburn" qarşılaşması bu kanalda

ÇL: Cavab oyunlarına start verilib - YENİLƏNİB

"Qarabağ" - "Şelburn" matçına satılan biletlərin sayı açıqlanıb

Sabah Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

"Fənərbaxça"-"Feyenoord" matçının hakimləri açıqlanıb

Seçilən
56
1
apasport.az

3Mənbələr