Rusiya ordusu gecə saatlarında Kiyevə hücuma keçib. Hücum nəticəsində biri uşaq olmaqla 6 nəfər həlak olub.
Axar.az xəbər verir ki, bunu Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko deyib.
O bildirib ki, axtarış-xilasetmə əməliyyatları davam edir.
Qeyd edək ki, hücum zamanı yaşayış binalarına da zərbələr endirilib. Ən çox Svyatoşinsk və Solomensk rayonları zərər çəkib.