AZ

Osimhen İstanbulda

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi “Napoli”dən Viktor Osimheni transfer edib. Nigeriyalı hücumçu Türkiyəyə gəlib və tibbi müayinədən sonra rəsmi müqaviləyə imza atacaq.

“Qalatasaray” forvard üçün “Napoli”yə 75 milyon avro ödəyəcək. Məbləğin 40 milyon avrosu indi, qalanı isə müəyyən period ərzində ödəniləcək.

Osimhen ötən mövsüm icarə əsasında “Qalatasaray”da çıxış edib. 26 yaşlı hücumçu 41 oyunda 37 qol vurub.

Seçilən
3
futbolpress.az

1Mənbələr