ABŞ və Pakistan neft ehtiyatlarını inkişaf etdirilməsinə dair saziş imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama verib.
"Biz Pakistanla onların böyük neft ehtiyatlarını inkişaf etdirmək yolunda birlikdə işləmək üçün müqavilə imzaladıq. Bu ortaqlığa rəhbərlik edəcək neft şirkətini seçmək mərhələsindəyik. Kim bilir, bəlkə bir gün Hindistana neft satacaqlar. Bütün bunlar ticarətin əhəmiyyətli dərəcədə inkişafına kömək edəcək. Müvafiq zamanda tam hesabat açıqlanacaq", - o söyləyib.
ABŞ lideri ticarət razılaşmaları üzərində çox məşğul olduqlarını bəyan edib: