AZ

ABŞ 125 milyard dollarlıq istiqraz satacaq

ABŞ Maliyyə Nazirliyi 3, 10 və 30 illik müddətli olmaqla ümumilikdə 125 milyard dollar məbləğində dövlət istiqrazı satacağını açıqlayıb.

Valyuta.az xəbər verir ki, nazirlikdən verilən açıqlamaya əsasən, növbəti həftə ərzində üç istiqraz hərracının keçiriləcəyi bildirilib. Belə ki, 5 avqustda 58 milyard dollar məbləğində 3 illik, 6 avqustda 42 milyard dollar məbləğində 10 illik və 7 avqustda 25 milyard dollar məbləğində 30 illik istiqrazların buraxılacağı qeyd olunub.

Ümumilikdə 125 milyard dollarlıq dövlət istiqrazı satılacaq və bu satışın təxminən 35,2 milyard dollar həcmində yeni vəsait təmin edəcəyi bildirilib.

Nazirlik həmçinin mövcud hərrac ölçülərinin, dövlət borclanmasının maliyyə perspektivindəki mümkün dəyişikliklərə cavab vermək baxımından nazirliyi güclü mövqedə saxladığını vurğulayıb. Mövcud borclanma ehtiyaclarına əsasən, ən azı növbəti bir neçə rüb ərzində nominal kupon və ya dəyişkən faizli istiqraz (FRN) hərraclarının mövcud səviyyələrdə saxlanmasının planlaşdırıldığı da qeyd olunub.

Paşa Məmmədli

Seçilən
9
valyuta.az

1Mənbələr