AZ

"Amerika yəhudilərinin  44%-i İsrailə qarşı soyqırım ittihamları ilə razılaşır...-ARAŞDIRMA

Yəhudi Xalqına Münasibət Siyasəti İnstitutunun ("JPPI") yeni araşdırması İsrailin Qəzzadakı müharibəsi və İranın nüvə proqramına qarşı son kampaniyası da daxil olmaqla daha geniş təhlükəsizlik siyasətləri ilə bağlı İsrail və Amerika yəhudiləri arasında genişlənən fikir ayrılığını aşkar edib.
 
Moderator.az bu haqda "Mignews" nəşrinə istinadla xəbər verir.
 
"JPPI"-nin "Yəhudi xalqının səsi" İndeksinə görə, Amerika yəhudilərinin 45%-i İsrailin Qəzzada həddindən artıq aqressiv davrandığını hesab edir. Özlərini “çox liberal” hesab edənlərin 44%-i İsrailə qarşı soyqırım ittihamları ilə razılaşır və bu iddia İsraildə geniş şəkildə rədd edilir. Bu arada Trampa səs verən yəhudilərin 70%-i hesab edir ki, İsrail kifayət qədər aqressiv davranmır.
 
İsrail yəhudilərinin 54%-i Qəzzadakı müharibədə İsrailin qalib gəldiyinə inansa da, hesabatda Amerika yəhudilərinin yalnız üçdə birinin bununla razılaşdığı məlum olub. Eynilə, israillilərin böyük əksəriyyəti İran əməliyyatını uğurlu hesab edir, Amerika yəhudilərinin isə yalnız 7%-i ona ən yüksək reytinqi verib.
 
Sorğu nəticəsində məlum olub ki, Amerika yəhudiləri arasında İsraillə bağlı məsələlərdə ABŞ Prezidenti Donald Trampa inam artıb,  noyabrda keçmiş vitse-prezident Kamala Harrisə səs verənlərin 35%-i də daxil olmaqla, 57%-i indi hazırkı prezidentə ən azı bir qədər etimad ifadə edir.
 
Nyu-Yorkda keçirilən sorğu nəticəsində məlum olub ki, Amerika yəhudilərinin təxminən 70%-i Demokratlar Partiyasından merliyə namizəd Zohran Mamdaniyə qarşıdır və 61%-i onu həm anti-İsrail, həm də antisemitist hesab edir.
 
“Sorğu göstərir ki, ümumiyyətlə İsraili dəstəkləməyə meylli olan Amerika yəhudiləri arasında belə, öz mövqelərini effektiv şəkildə izah edə və əsaslandıra bilmirləır,”-  deyə "JPPI"-nin baş direktoru Dr. Şuki Fridman bildirib.
 
S.Laçın
Seçilən
5
2
moderator.az

3Mənbələr