AZ

Ronaldo qol vurdu, “Əl-Nəsr” qələbə qazandı

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu Avstriyada keçirilən yoxlama oyununda Fransanın “Tuluza” komandası ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.

Publika.az xəbər verir ki, Ər-Riyad klubunun heyətində qollardan birini portuqaliyalı ulduz Kriştiano Ronaldo vurub.

Yeni mövsümə hazırlıq çərçivəsində “Əl-Nəsr” növbəti sınaq matçını İspaniyanın “Almeriya” klubuna qarşı keçirəcək. Komanda avqustun 19-da isə ölkə Superkubokunun yarımfinalında “Əl-İttihad”la üz-üzə gələcək.

Seçilən
28
publika.az

1Mənbələr