AZ

ABŞ İrana qarşı ən böyük sanksiya paketini tətbiq etdi


ABŞ hökuməti son 7 ildə İrana qarşı ən böyük sanksiyaları tətbiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ABŞ İrandan olan 50 fiziki və hüquqi şəxsə, həmçinin bu ölkənin nəzarətində olan və Vaşinqtonun məlumatına görə, neft ticarətində iştirak edən əllidən çox gəmiyə qarşı sanksiyalar tətbiq edib.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, bu, 2018-ci ildən bəri ən böyük belə sanksiyalar paketidir.
“Bu gün tətbiq edilən 115-dən çox sanksiya tədbiri Tramp administrasiyasının İrana qarşı maksimum təzyiq kampaniyasına başlamasından bəri bu günə qədərki ən böyük sanksiyalardır. Bu tədbirlər, Vaşinqtonun maraqlarını birinci yerə qoyur və Tehranın ABŞ-nin təhlükəsizliyini təhdid etdiyi bir vaxtda mənfəət əldə edən rejimin elitalarını hədəf alır”, - Maliyyə naziri Skott Bessent deyib.
Seçilən
10
1
yeniavaz.com

2Mənbələr