AZ

Xızıda qəza nəticəsində bir nəfər ölüb

Xızıda qəza nəticəsində bir nəfər ölüb.

APA xəbər verir ki, hadisə Xızı-Giləzi avtomobil yolunun 27-ci km-də baş verib.

Məlumata görə, Rəfail Bünyatovun idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobillə Cəbrayıl Heydərovun idarə etdiyi “Changan Qiyuan Q05” markalı avtomobil toqquşub. Nəticədə sonuncunun avtomobilində olan sərnişin Zərqələm Əsədova aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Xızı RPŞ-nin İQ-da Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtida istintaq aparılır.

Seçilən
45
2
apa.az

9Mənbələr