AZ

Səhnədə ətəyi düşən tanınmış müğənnidən GÖZLƏNİLMƏZ HƏRƏKƏT - FOTO

Məşhur amerikalı ulduz Cennifer Lopez Avropa turu çərçivəsində Polşanın paytaxtı Varşavada təşkil olunan konsertində gözlənilməz hadisə ilə üzləşib.

Yenisabah.az xəbər verir ki, səhnəyə çıxan zaman rəqs etdiyi anlarda Lopezin geyindiyi kostyumun ətəyi qəfil yerindən çıxaraq aşağı düşüb. Hadisə bir neçə saniyə davam etsə də, dünya ulduzu peşəkar davranışı ilə diqqət çəkib – vəziyyətdən heç bir narahatlıq hiss etdirmədən çıxmağı bacarıb və proqramını dayandırmadan davam etdirib.

Tamaşaçılar bu anı təəccüblə izləsə də, Cenniferin rahat davranışı alqışlarla qarşılanıb. Sosial mediada da bu görüntülər geniş yayılıb və izləyicilər ifaçının səhnə peşəkarlığını yüksək qiymətləndiriblər. Sezar pizza

Qeyd edək ki, Cennifer Lopez hazırda "This Is Me… Now" adlı dünya turu ilə müxtəlif ölkələrdə konsert proqramları ilə çıxış edir.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
17
yenisabah.az

1Mənbələr